Türkiyənin tanınmış aktyoru Haldun Dormen vəfat edib.
Medianews.az xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.
"Əziz atam Haldun Dormenin vəfatı ilə bağlı dərin üzüntü içərisindəyəm. Onu tanıyan, səvən hərkəsə başsağlığı diləyirəm. Məkanı cənnət olsun", - deyə oğlu Ömər Dormen sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, teatr aktyoru və rejissoru, dramaturq və tərcüməçi Ahmet Haldun Dormen 1928-ci il aprelin 5-də Mersində anadan olub.