Medianews.az
Türkiyə və İran prezidentləri arasında
61 baxış

Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Medianews.az  xəbər verir ki, liderlər Türkiyə və İran arasındakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan telefon söhbəti zamanı İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İranın əmin-amanlıq və sabitliyinə böyük önəm verdiyini bildirib. O, Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını xüsusi qeyd edib.

Prezident Ərdoğan problemlərin həll edilməsinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də maraqlarına uyğun olduğunu vurğulayıb./Oxu.az

Bizə qoşulun