Bu gün Avropa zonası üzrə 2026-cı il dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, mərasim İsveçrənin Sürix şəhərində baş tutub.
Pley-off mərhələsində mübarizə aparacaq 16 yığma dörd yola bölünüb. Komandalar iki mərhələdə - yarımfinal və finalda qarşılaşacaq. Hər yolun qalibi dünya çempionatının final mərhələsində iştirak hüququ qazanacaq.
Türkiyə yığmasının ilk rəqibi Rumıniya olacaq. "Ay-ulduzlular" üstün olacaqları təqdirdə finalda Slovakiya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları gələn ilin martın 26-da, əsas görüşləri isə 5 gün sonra - martın 31-də keçiriləcək.
A yolu
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Herseqovina
B yolu
Ukrayna - İsveç
Polşa - Albaniya
C yolu
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo
D yolu
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya