Medianews.az
Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi-
133 baxış

Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi- VİDEO

Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.

Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.



 

Bizə qoşulun