Medianews.az
Türk vəkildən ŞOK xəbərdarlıq:
37 baxış

Türk vəkildən ŞOK xəbərdarlıq: “AfD hakimiyyətə gələrsə...”

Almaniyada bu il 5 əyalətdə keçiriləcək seçkilər öncəsi Sosial Demokrat Partiyasının (SPD) Federal Məclis üzvü Macit Karaahmetoğlu türk əsilli seçicilərə demokratiyaya sahib çıxma çağırışı edib.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Türk vəkil ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişi barədə ciddi narahatlıq hissi keçirdiyini bildirib.

Karaahmetoğlu açıqlamasında radikal sağ təhlükəsinin nə qədər real olduğunu göstərdiyini qeyd edərək, AfD-nin yalnız mühacirlər üçün deyil, Almaniyanın insan haqları, hüquqi dövlət prinsipləri və demokratik dəyərləri üçün də risk yaratdığını söyləyib.

Millət vəkili ABŞ-də Donald Tramp administrasiyasının həyata keçirdiyi “illeqal miqrant ovu” siyasətini xatırladaraq, bu prosesin zamanla ölkədə uzun müddət qanuni yaşayan miqrantları, hətta vətəndaşları belə hədəfə aldığını və fundamental hüquqların pozulduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq hüquqi çərçivəni belə nəzərə almayan bu təcrübə, eyni ideoloji xəttə malik hərəkatlar Almaniyada hakimiyyətə gəldiyi halda daha sərt nəticələr doğura bilər.

Karaahmetoğlu türk əsilli seçiciləri səsvermədə fəal olmağa çağıraraq, sandığa getməyin və demokratik dəyərləri müdafiə edən partiyalara dəstək verməyin vacibliyini bildirib.

Bizə qoşulun