Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən Vaşinqton Sülh Zirvəsindən sonra diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Paşinyan Prezident Donald Trampın birbaşa və şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesində mühüm nəticə əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, Zirvədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən birgə məktub imzalanıb.
Paşinyan vurğulayıb ki, Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını “haqlı olaraq” alacağına böyük ümid bəsləyir.