Medianews.az
Tramp Endryunun həbsindən danışıb:
266 baxış

Tramp Endryunun həbsindən danışıb: “Rüsvayçılıqdır” - FOTO/VİDEO

ABŞ Prezidemti Donald Tramp Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryunun həbsinə münasibət bildirib.

Medianews.az-ın məlumatına görə, Tramp Endryunun qandallı görüntülərini şərh etməsi xahişinə cavab olaraq jurnalistlərə deyib: “Bu, rüsvayçılıqdır. Bu çox kədərli, kral ailəsi üçün çox pis bir hadisədir. Mən bunu görəndə çox məyus oldum”.

Xatırladaq ki, Endryu 66 yaşının tamam olduğu gün – fevralın 19-da həbs edilib. Polis onu Sandrinqem malikanəsində tutub. Enryunun Berkşir və Norfolkdakı evlərində isə axtarış aparılıb.

Endryu rəsmi səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

İttiham “Epşteyn qalmaqalı” ilə bağlıdır.

Seksual təcavüzdə bir sıra digər ağır cinayətlərdə ittiham edilən, 2019-cu ildə həbsdə saxlandığı vaxt müəmmalı şəkildə ölən amerikalı maliyyəçi Cefri Epşteynlə Endryu arasında yaxın münasibət olub.

ABŞ Ədliyyə Nazirliyi bu ilin yanvarda “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. Materiallar Endryunun özünün Sinqapur, Honkonq və Vyetnama səfərləri haqda əvvəlcədən Epşteynə məlumat verdiyini, Britaniyanın investisiya imkanları barədə bir sıra məxfi informasiyaları Epşteynə ötürdüyü barədə şübhələr yaradıb.

İttihama görə, Endryu rəsmi hesabatları alandan bir neçə dəqiqə sonra Epşteynə göndərirmiş.

Onun Əfqanıstandakı investisiya imkanları barədə bilgiləri də Epşteynlə paylaşıldığı vurğulanır.

Materialların içində Endryunun Epşteynlə yazışmaları və seksual xarakterli fotoları da var.

Endryunun Epşteynlə əlaqələri ABŞ Ədliyyə Nazirliyinin yanvar ifşasından əvvəl də bəlli idi. Məhz buna görə o, 2025-ci ilin oktyabrında York hersoqu titulundan imtina edib, daha sonra şahzadə titulunu da itirib və Vindzor qəsrindəki rəsmi iqamətgahından çıxıb.

Şahidlərin sözlərinə görə, yanvarın 19-da polislər Endryunun Sandrinqem malikanəsinə altı xidməti avtomobildə gəliblər.

Polisin nümayəndəsi Oliver Rayt bəyan edib ki, Endryuya qarşı istintaq hərtərəfli qiymətləndirmədən sonra başlanıb.

Endryu fevralın 19-u səhər tutulandan bir qədər sonra polis bölməsindən buraxılıb.

Medianews.az

Bizə qoşulun