ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Dik Çeyninin dəfn mərasiminə dəvət almayıb.
Medianews.az xəbər verir ki, Axios portalı yazır.
Portal qeyd edir ki, ABŞ-nin hazırkı liderləri adətən keçmiş prezidentlərin və vitse-prezidentlərin dəfn mərasimlərində iştirak edirlər, lakin Çeyni ailəsinin Trampla münasibətləri 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra kəskin şəkildə pisləşib.
Gərginliyin Trampla keçmiş vitse-prezident və keçmiş konqresmen Liz Çeyninin qızı arasında uzun müddətdir davam edən siyasi qarşıdurma ilə daha da artdığı vurğulanır.
Medianews.az