AB Prezidenti Donald Tramp ABŞ-nin İran əleyhinə həyata keçirdiyi əməliyyatlarla bağlı növbəti sərt açıqlama verib.
Medianews.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ qüvvələri İranın 9 hərbi gəmisini məhv edib və onları batırıb.
“Az əvvəl mənə məlumat verildi ki, biz İranın 9 hərbi gəmisini məhv edib batırmışıq. Onlardan bəziləri nisbətən böyük və mühüm əhəmiyyətə malik idi”, – deyə o vurğulayıb.
Tramp əlavə edib ki, əməliyyat bununla bitməyəcək:
“Qalanlarını da məhv edəcəyik – onlar tezliklə dənizin dibində olacaqlar”.
ABŞ prezidenti həmçinin qeyd edib ki, başqa bir zərbə nəticəsində İranın hərbi-dəniz qərargahı da böyük ölçüdə sıradan çıxarılıb.