Medianews.az
Aqşin Fatehdən sensasion açıqlama:
81 baxış

Aqşin Fatehdən sensasion açıqlama: "Efirlərdə müğənnilərə geyim qadağası olacaq"

“Bəli, müğənnilərə efir qadağası var. Lakin bu qadağa siyahıda olan bütün müğənnilərə aid deyil. Hətta həmin siyahıya bəzi aparıcıların da əlavə olunduğu deyilir. Sadəcə onu deyə bilərəm ki, bu qadağaların millətimiz üçün çox xeyri olacaq. Xüsusən də böyüyən oğlan uşaqlarımızın gələcəyi və tərbiyəsi baxımından”.

Medianews.az  musavat.com-a  istinadən  xəbər verir ki, bu fikirləri meyxanaçı Aqşin Fateh səsləndirib.

O, iddia edib ki, televiziya məkanında yalnız iştirakçı siyahısı deyil, həm də geyim məsələsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir:

“Məlumata görə, efirlərə geyim senzurası da gəlir. Çünki bəzi kişi müğənnilər Azərbaycan kişisinə yaraşmayan, hətta qadın geyimini xatırladan tərzdə səhnəyə çıxırdı. Bəzi qadın müğənnilər isə demək olar ki, gecə geyimini xatırladan libaslarla efirdə görünürdü. Belə bir senzura tətbiq olunsa, açığı, çox sevinərəm”.
 

Aqşin Fateh əlavə edib ki, hazırda ona qarşı hər hansı efir qadağası tətbiq edilməyib. Onun sözlərinə görə, artıq bir neçə televiziya proqramından dəvət alıb və Ramazan bayramından sonra yenidən efirə çıxmağı planlaşdırır:


“Şəxsən mənə efirlərdə heç bir qadağa yoxdur. Artıq bəzi verilişlərdən dəvət almışam. Ramazan bayramından sonra efirlərdə olacam". 

Bizə qoşulun