Medianews.az
Rusiya Ermənistan vətəndaşlarına bu qadağanı
73 baxış

Rusiya Ermənistan vətəndaşlarına bu qadağanı TƏTBİQ ETDİ

Ermənistan vətəndaşları Rusiyaya bundan sonra yalnız xarici pasportla, o cümlədən diplomatik pasportla daxil ola biləcəklər. Rusiya sərhədini keçmək üçün digər sənədlər etibarlı hesab edilməyəcək. 

Medianews.az  xəbər verir ki, bu barədə  TASS məlumat yayıb.
 

Xatırladaq ki, 2000-ci il tarixli Rusiya–Ermənistan vizasız səfərlər haqqında sazişə dəyişiklik Rusiya hökuməti tərəfindən təsdiqlənib.


Dəyişikliklər əvvəlcədən İrəvanla razılaşdırılıb və nota mübadiləsi formasında rəsmiləşdiriləcək. Nazirlər Kabineti Ermənistanın təqdim etdiyi yenilənmiş sənədlər siyahısını qəbul etməyə razılıq verən Rusiya tərəfinin cavab notasının layihəsini təsdiqləyib.

Yeni qaydalara əsasən, Ermənistan vətəndaşlarının Rusiyaya giriş, çıxış və ölkədə qalması üçün aşağıdakı sənədlər etibarlı olacaq:

Ermənistan Respublikası vətəndaşının pasportu

Diplomatik pasport

Ermənistana qayıdış şəhadətnaməsi (yalnız Rusiyadan çıxış üçün, məsələn pasport itirildikdə)

Hazırda qüvvədə olan sazişə görə, Ermənistan vətəndaşları Rusiyaya 16 yaşadək uşaqlar üçün doğum haqqında şəhadətnamə, bəzi hərbi və hüquq-mühafizə orqanı əməkdaşlarının xidməti vəsiqələri, hava gəmisinin ekipaj üzvünün uçuş şəhadətnaməsi və dəmiryolu işçilərinin şəxsiyyət vəsiqəsi ilə də daxil ola bilirdilər. Bu sənədlər yenilənmiş siyahıdan çıxarılacaq.

Bizə qoşulun