Medianews.az
Süfrəmizə qoyduğumuz yağ əslində nədir? -
71 baxış

Süfrəmizə qoyduğumuz yağ əslində nədir? - Vətəndaşlardan gizlədilən faktlar

Azad İstehlakçılar Birliyi bəzi yağ məhsullarının etiketlənməsi ilə bağlı narahatlıq bildirib.

Medianews.az bildirir ki, u barədə “Yeni Sabah”a danışan  birliyin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, satışda olan bəzi yağ məhsulları istehlakçıların məlumat almaq hüququnu pozur:

“Azad İstehlakçılar Birliyi hələ 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyinə rəsmi müraciət edib. Bildirilib ki, satışda olan bəzi spred və yağ məhsullarının üzərində sadəcə “bitki yağı” yazılır, lakin onun hansı mənşəli olduğu göstərilmir. Halbuki istehlakçı yağın günəbaxan, palma, qarğıdalı və ya başqa bitkidən alındığını bilməlidir, bu, onun məlumat almaq hüququdur.

Təəssüf ki, məsələ hələ də tam həll olunmayıb. Müsbət haldır ki, hazırda etiket məlumatları ilə bağlı standartlar hazırlanır. Bu çərçivədə etiketlərdə bütün məlumatların aydın və istehlakçının tələbinə uyğun göstərilməsi, həmçinin yazı şriftinin ölçüsü kimi texniki tələblərin də müəyyənləşdirilməsi təklif edilib”.

E.Hüseynov qeyd edib ki, son illər Qida Təhlükəsizliyi Agentliyi etiketlə məhsul tərkibinin uyğunluğunu yoxlayır:

“Son 3 ildə qida təhlükəsizliyi qurumları etiket məlumatları ilə məhsulun tərkibinin uyğunluğunu araşdırır. Bu, müsbət addımdır, lakin problemlər hələ də qalır. İstehlakçılara belə hallarla rastlaşdıqda qaynar xətt vasitəsilə - 1003 nömrəsinə müraciət etmələri tövsiyə olunur.

Digər problem isə bəzi məhsulların istehlakçı üçün anlaşılmaz dildə etiketlənməsidir. Xüsusilə İran mənşəli və müxtəlif yollarla Azərbaycana gətirilən bəzi malların üzərində məlumatların fars dilində yazılması istehlakçıların məlumat almaq hüququnun pozulmasına səbəb olur. Bu məsələlər aradan qaldırılmalıdır”.

Bizə qoşulun