Tovuzda yanğın hadisəsi baş verib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.