Medianews.az
"Qarabağ"ın rəqibində problemlər var? -
65 baxış

"Qarabağ"ın rəqibində problemlər var? - Məhdudiyyətlər altındayıq

“Nyukasl Yunayted”in baş məşqçisi Eddi Hau yanvar transfer pəncərəsində klubun passiv qalmasını müdafiə edib.

Publika.az xəbər verir ki, o, bunun məhdudiyyətlər və uzunmüddətli planlama ilə bağlı düşünülmüş qərar olduğunu bildirib.

“Heç kimi transfer etməmək riskdirmi? Bəli. Burada sözlərimi diqqətlə seçməliyəm. Əslində bizim başqa seçimimiz yox idi. Verdiyimiz hər qərarın uzunmüddətli təsiri var. Əlimizdə olan vəsaitlə kimisə alsaydıq belə, onun qısa müddətdə bizə kömək edəcəyinə heç bir zəmanət yox idi.

Vəziyyət budur. Biz artıq bir müddətdir bu şərtlər altında işləməyə öyrəşmişik. Son dörd-beş transfer pəncərəsindən yalnız birində aktiv olmuşuq.

Məhdudiyyətlər altındayıq və qərara gəlmişik ki, yayadək gözləyək. Yayda transfer etmək daha asandır və qiymət-keyfiyyət baxımından daha sərfəli variantlar tapmaq olur”.

Qeyd edək ki, "Nyukasl" Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar fevralın 18-də və 24-də üz-üzə gələcəklər.

Bizə qoşulun