Medianews.az
Premyer Liqanın sabiq bombardiri:
56 baxış

Premyer Liqanın sabiq bombardiri: "Mingəçevir"i çempionluq hədəfi olduğu üçün seçdim"

Azərbaycan I Liqası təmsilçisi "Mingəçevir"in yeni transferi Nurlan Novruzov bu klubu çempionluq hədəfi olduğu üçün seçib.

Bunu "Report"a açıqlamasında 32 yaşlı hücumçu deyib.

O, keçidi ilə bağlı danışıb:

"Mingəçevir" komandasına keçidim baş tutmamışdan əvvəl iki divizion klubu ilə danışıqlar olmuşdu. Lakin mənim üçün əsas məsələ hədəfi çempionluq olan komandada çıxış etmək idi. Bu baxımdan danışıqlarımız müsbət nəticələndi. Hazırda "Mingəçevir"dəyəm və hədəfimiz bəllidir. Qarşıda bizi çətin və maraqlı bir yol, sonda isə gərgin finiş gözləyir. İnşallah, yolun sonu çempionluq olar".

Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünü 30 qolla bombardir kimi başa vurub.

Bizə qoşulun