“TikTok” Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağa çalışır.
Şirkətdən bildirilir ki, yeni texnologiya profil məlumatları, paylaşılan videolar və platformadakı davranışlar da daxil olmaqla müxtəlif göstəricilər əsasında hesab sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdırmaq imkanına malik olacaq. Şübhəli hesablar daha sonra moderatora yönləndiriləcək və hesabın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərarı o verəcək.
Bu yenilik yaxın həftələrdə tətbiq olunacaq.
Sınaq mərhələsi zamanı minlərlə əlavə yetkinlik yaşına çatmayan istifadəçiyə məxsus hesab silinib.