Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.