Medianews.az
Təbrizin aksiyalara qoşulması nəyi dəyişəcək?
109 baxış

Təbrizin aksiyalara qoşulması nəyi dəyişəcək?

İranda kütləvi etirazlar və ümumxalq tətil dalğası davam edir, artıq ölkənin əksər şəhərlərini əhatə edib. Etirazların 12-ci günündə belə, hakimiyyətin sərt repressiyalarına baxmayaraq, aksiyalara tələbələr, ticarət işçiləri və zavod işçiləri qoşulub.

Təbriz, Şiraz, Kermanşah, Kazvin və digər şəhərlərdə ticarətçilər, zavod və müəssisə işçiləri genişmiqyaslı tətil elan edərək iş yerlərini bağlayıblar və küçələrə çıxıblar. Etirazlar sürətlə sosial qruplar arasında yayılar və təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar davam edir.

Eyni zamanda hakimiyyət etirazları yatırmaq üçün təzyiqi gücləndirib. İlam vilayətinə İran İnqilab Keşikçiləri Korpusunun bölmələri göndərilib. Yerli mənbələr bildirir ki, Tehrandan təxminən 100 xüsusi avtomobildən ibarət kolon da hərəkət edib; bu maşınlar DŞK pulemyotları və avtomatik silahlarla təchiz olunub. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.

Picture background
Təbriz tarixən İranda siyasi dəyişikliklərin önündə gedən şəhər kimi tanınıb. Təbriz İranın ən böyük və strateji şəhərlərindən biridir. Əhali sayı, iqtisadi və tarixi çəkisi baxımından bu şəhərin etirazlara qoşulması aksiyaların lokal narazılıqdan ümumölkə hərəkatına çevrildiyini göstərir. Şəhərin etirazlara qatılması İranın türk bölgələrinin də prosesdə aktiv rol aldığını göstərir və bu, hakimiyyət üçün daha həssas və riskli vəziyyət yaradar.

Təbrizin fəallığı beynəlxalq mediada və regional aktorlar arasında İrandakı proseslərə marağı artırar. Bu isə İranın daxili məsələsinin beynəlxalq gündəmə daşınması riskini yüksəldər.

Təbrizin aksiyalara qoşulması nəyi dəyişəcək?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, İrandakı aksiyalar əvvəlki illərdə bu ölkədə keçirilmiş etiraz aksiyalarından daha geniş miqyaslı və daha geniş tərkiblidir. Ən önəmlisi bu aksiyalar hansısa bir sosial qrupun deyil, ümumxalq kütlələrinin etirazıdır: “Bu rejim dönəmində ilk dəfə olaraq kütləvi şəkildə Tehran, Təbriz bazarları və digər böyük şəhərlərdəki böyük iş mərkəzləri, önəmli iş adamları bu prosesə qoşulublar ki, bu da çox ciddi hadisədir. Bu etirazların əsas səbəbi yalnız son dövrlər İran valyutasının sürətli dəyər itirməsi və inflyasiya ilə bağlı deyil. Əsas səbəb sistemdir. Artıq molla rejimi özünü tükəndirib. Güney Azərbaycandan aksiyalara bir müddət təmkinli davranışı gördük. Amma dünəndən Təbriz və Güney Azərbaycanın digər iri şəhərlərində də bu prosesə dəstək verilir. Təbrizin prosesə qoşulması İranda etiraz dalğasına ciddi bir təsir edəcək. Güney Azərbaycanın prosesə qoşulması rejimin qorxulu röyalarından biri sayılır. Qarşıdakı günlərdə etirazların miqyasının bir az da böyüyəcəyi, tələblərin isə daha da sərtləşəcəyi gözlənilir”.

Bizə qoşulun