Medianews.az
Tamp Ağ Evdəki atışmanı terror aktı
47 baxış

Tamp Ağ Evdəki atışmanı terror aktı adlandırdı

ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiya əsgərlərinin atəşə tutulmasını "pislik, nifrət və terror aktı" adlandırıb.

Publika.az xəbər verir ki, o, atəş açan şəxs barəsində adələtli cəzanın veriləcəyini söz verib.

Tramp video müraciətində bildirib ki, atışmada şübhəli bilinən şəxs 2021-ci ildə əvvəlki prezident Co Baydenin administrasiyası dövründə Əfqanıstandan ABŞ-a gəlib.

"Baydenin dövründə Əfqanıstandan ölkəmizə gələn hər bir əcnəbini yoxlamalıyıq və buraya aid olmayan və ölkəmizə heç bir faydası olmayan hər hansı bir əcnəbinin ölkədən çıxarılması üçün bütün lazımi tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də onları istəmirik. Amerika heç vaxt əyilməyəcək və terrora təslim olmayacaq", - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Bizə qoşulun