Medianews.az
Suriyada kür separatizminə son qoyulması -
71 baxış

Suriyada kür separatizminə son qoyulması - ABŞ-la Türkiyə arasında danışıqlar nəticə verir

Bu vaxta qədər bəzi dövlətlərin dəstəyi nəticəsində Orta Şərqdə terror təşkilatlarının geniş fəaliyyəti acı reallıqdır. Heç şübhəsiz ki, həmin başıpozuq silahlı qüvvələr Suriyada sabitliyə, Əsəddən sonrakı dönəmdə dövlət quruculuğuna ciddi əngəl idi. Nəhayət ki, Türkiyənin diplomatik səyləri nəticəsində ABŞ Suriyadakı kürd qruplaşmalarından ibarət olan SDQ-yə dəstəyini dayandırdı.
Xatırladırıq ki, həmin qruplaşma Suriyanın 30 faiz ən zəngin ərazilərinə nəzarət edərək yeni formalaşan hökumətə tabe olmurdu. Bu da adıçəkilən ölkənin həm suverenliyinə qəsd olmaqla bərabər, çox zəngin iqtisadi resurslardan məhrum etmişdi. Dünyanın istənilən ərazisində, o cümlədən Suriyada separatizm sabitliyi pozmaqla bərabər dövlət üçün ciddi təhdid idi.
Yeni proseslərə aydınlıq gətirən ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib: “ABŞ-SDQ tərəfdaşlığı həmişə taktiki olub, heç bir mərkəzi hökumət mövcud olmadığı zaman İŞİD-i məğlub etmək üçün qurulub. Bu missiya əsasən başa çatıb. Suriyanın artıq tanınmış mərkəzi hökuməti var”.
Artıq ABŞ reallığı düzgün dəyərləndirib separatizmə dəstəyini dayandırdı. Bu, Suriya üçün həlledici məqamdır.
Suriya Prezidenti Əhməd Şaraa öz növbəsində ölkənin şimal-şərqi ilə bağlı yeni fərmanı imzaladı. Həmin sənəddə SDQ (SDF) strukturlarının faktiki olaraq ləğvini və bu qüvvələrin fərdi qaydada Suriya ordusuna inteqrasiyası nəzərdə tutulur.
Təbii ki, belə önəmli prosesə müqavimət göstərmək istəyənlər var. Xüsusilə İsrailin dəstəyi ilə Suriyaya qarşı təhdidlərin davam etməsi mümkündür. Amma görünən odur ki, ABŞ-la Türkiyə arasında davam edən intensiv danışıqlar müsbət nəticələrini verir.
Biz siravi Azərbaycan vətəndaşı olaraq Orta Şərqdə, o cümlədən Suriyada sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Həmin ölkədə uzun illərdir ki, bir çox xalqlarla bərabər türkmən qardaşlarımız da qanlı toqquşmalardan əziyyət çəkir.
Əkrəm Bəydəmirli

Bizə qoşulun