Medianews.az
Kəmaləddin Heydərov agentliyə
90 baxış

Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis təyin edilib. 

Medianews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, yeni rəis Bəxtiyar İslam oğlu Tağıyevdir.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Ötən gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininin rəisi Cəbrayıl Eldar oğlu Xanlarov vəzifəsindən azad olunaraq, fövqəladə hallar nazirinin müavini təyin edilib.

Xatırladaq ki, Bəxtiyar Tağıyev ötən ilin dekabr ayında FHN-nin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunaraq, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi.

Bizə qoşulun