Sumqayıtda yerləşən 37 nömrəli tam orta məktəblə bağlı bəzi qanunsuzluqların olması iddia olunur.
Milli.Az-a müraciət vətəndaş bildirib ki, məktəbin idman müəllimi və eyni zamanda Həmkarlar İttifaqı sədri Elgün Quliyev tərəfindən bir qrup müəllim adına maddi yardım ərizələri yazılıb.
"Guya maddi vəziyyətlərimizin ağır olması bəhanəsi ilə dörd nəfərin adına ərizə tərtib edilib və hər birinin hesabına 50 manat olmaqla ümumilikdə 200 manat vəsait köçürülüb, lakin sonradan bizi məcbur etdilər ki, həmin pulu maaş kartlarımızdan çıxarıb direktor müavini Zöhrə Qurbanova və məktəbin hazırkı "direktoru" kimi çıxış edən Elşad Eyvazova verək".
Araşdırma zamanı onu da müəyyən etdik ki, ötən il Elm və Təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə 68 yaşlı Elşad Eyvazovun direktor vəzifəsinə xitam verilib. Buna baxmayaraq, o, 2025-2026-cı tədris ilində təşkilatçı vəzifəsi adı altında yenidən məktəbə qayıdıb. Direktor müavini Zöhrə Qurbanova isə direktor əvəzi kimi fəaliyyət göstərir.
Şikayətçinin sözlərinə görə, məktədə digər qanunsuzluq halları da mövcuddur.
"Mən bu məsələ ilə bağlı şikayətçi olduqdan sonra isə Elşad Eyvazov məni hədələyərək təhqir edib və bu baş verənin onunla əlaqəsi olmadığını, bütün bunları Elgün Quliyev günahı olduğunu bildirib".