Medianews.az
SON DƏQİQƏ!
59 baxış

SON DƏQİQƏ! Yüksək vəzifəyə təyinat oldu

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Medianews.az xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət kapitanı Ramil Adilzadə həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Bizə qoşulun