Medianews.az
ŞOK İDDİA: İranda qadın etirazçılara təcavüz edib dəlilləri
49 baxış

ŞOK İDDİA: İranda qadın etirazçılara təcavüz edib dəlilləri yandırdılar

İranda keçirilən etiraz aksiyaları ilə bağlı yayılan yeni hesabatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Medianews.az xəbər verir ki, Britaniya mediası və insan haqları təşkilatları təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı genişmiqyaslı zorakılıq, o cümlədən cinsi zorakılıq və işgəncələr tətbiq etdiyini iddia edir.

Amnesty International tərəfindən hazırlanan hesabatda qadınlar, kişilər və uşaqlar da daxil olmaqla 45 qurbanın ifadəsinə yer verildiyi bildirilir. Hesabatda etirazların yatırılması zamanı təcavüz və qrup halında cinsi zorakılıq hallarının baş verdiyi iddia olunur.

Human Rights Watch tərəfindən yayımlanan ayrı bir hesabatda isə saxlanılan etirazçılara qarşı cinsi zorakılıq və fiziki işgəncələrin sistematik xarakter daşıdığı qeyd edilir. Şahid ifadələrində qadın və kişilərə qarşı müxtəlif təzyiq formalarının tətbiq edildiyi vurğulanır.

Daily Mail” qəzetində dərc olunan materiallarda Amnesty International-ın hesabatına istinad edilərək, İran təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün ağır zorakılıq üsullarına əl atdığı iddiaları ön plana çıxarılıb.

Hesabatlarda xüsusilə 2022-ci ildə keçirilən “Qadınlar, Həyat, Azadlıq” etirazları zamanı və sonrasında qadınlara qarşı cinsi zorakılığın sistematik şəkildə tətbiq edildiyi iddiaları vurğulanır. Analitiklərin fikrincə, bu cür təzyiqlər etirazları nəzarətdə saxlamaq və cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıya bilər.

İnsan hüquqları müdafiəçiləri İran hakimiyyətini bu iddiaları müstəqil şəkildə araşdırmağa, günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə və qurbanlara hüquqi dəstək göstərməyə çağırır. Bildirilir ki, bu günə qədər bu cür cinayətlərə görə hər hansı təhlükəsizlik əməkdaşı məsuliyyətə cəlb olunmayıb.

Beynəlxalq ictimaiyyət isə yayılan məlumatların beynəlxalq hüquq çərçivəsində araşdırılmasını və şəffaflığın təmin olunmasını tələb edir.

Medianews.az

Bizə qoşulun