Türkiyə millisi və «Qalatasaray»ın canlı əfsanəsi Hasan Şaş məşqçi karyerasını Azərbaycanda bərpa edə bilər.
Sportinfo.az saytı onunla əlaqəli maraqlı məlumat alıb.
Belə ki, 49 yaşlı mütəxəssis hazırda Azərbaycanda bir klubla danışıqlar aparır.
Həmin komanda hazırda aşağı liqada mübarizə aparır, amma iddialıdır və hədəfi ən yaxın tarixdə Premyer Liqaya vəsiqə qazanmaqdır.
Vaxtilə «Qalatasaray»da Fatih Terimin köməkçisi işləmiş keçmiş yarımmüdafiəçi artıq sərbəst çalışmaq niyyətindədir.
Tərəflər arasında ilkin görüşmələr artıq arxada qalıb, anlaşma barədə danışmaq hələ tezdir.