İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsveçrənin "SICPA SA" şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir paylaşımında qeyd edib ki, bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək: "Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək".