Təcrübəli ispan futbolçu Serxio Ramosun karyerasını İtaliya A Seriyasında davam etdirməsi gündəmdədir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, xarici mətbuat 39 yaşlı müdafiəçi ilə "Milan" klubu arasında ilkin razılığın əldə olunduğunu yazır. Bildirilir ki, hazırda azad agent olan Ramosun "rossoneri"yə ödənişsiz transfer olunması planlaşdırılır.
Tərəflər hazırda müqavilənin müddəti və futbolçunun illik qazancı ilə bağlı son detallar üzərində danışıqları davam etdirirlər.
Qeyd edək ki, Serxio Ramosun son klubu bu ilin fevral ayından çıxış etdiyi Meksikanın "Monterrey" komandası olub.