Medianews.az
Sərhədlərin açılmasına hazır olmalıyıq -
144 baxış

Sərhədlərin açılmasına hazır olmalıyıq - Komitə sədri

8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır.

Medianews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir:

"Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq"./modern

Bizə qoşulun