Medianews.az
SEPAH dronları təcili Tehrandan ÇIXARIR
64 baxış

SEPAH dronları təcili Tehrandan ÇIXARIR

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehrandan ölkənin qərb bölgələrinə əsas dron ehtiyatlarının köçürülməsi və yerləşdirilməsi prosesinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, proses həyəcan səviyyəsinin artırılması, mümkün hücumlar və ya ölkə daxilində etirazların genişlənməsi ilə bağlı narahatlıqlar fonunda həyata keçirilir.

Qeyd olunur ki, bu addım ABŞ və İsraillə artan gərginlik şəraitində atılıb.

Hərbi analitiklərin fikrincə, dronların yeni ərazilərdə yerləşdirilməsi onların qorunmasını təmin etmək və strateji obyektlərin mümkün risklərə qarşı həssaslığını azaltmaq məqsədi daşıyan qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər.

Bizə qoşulun