Medianews.az
SENSASİON İDDİA: İran qitələrarası ballistik raket ATDI
70 baxış

SENSASİON İDDİA: İran qitələrarası ballistik raket ATDI

İran 10 min kilometr mənzilli qitələrarası ballistik raketin (ICBM) ilk sınağını həyata keçirib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

İddialara görə, sınaq Semnan şəhəri yaxınlığında baş tutub və raket Rusiyanın razılığı ilə Sibirdə müəyyən edilmiş əraziyə yönəldilib.

Bu arada Atlaspress.news-in yaydığı məlumata əsasən, İranda bəzi yerli media orqanları ölkənin ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini iddia ediblər. Bildirilir ki, sınaq Rusiya hökuməti ilə koordinasiya şəraitində həyata keçirilib və raketin düşmə nöqtəsi Sibirin ərazilərindən biri olub.

Lakin yayılan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Sınağın texniki xüsusiyyətləri, eləcə də dəqiq vaxtı barədə əlavə detallar açıqlanmayıb.

İran və Rusiya rəsmiləri məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Qeyd olunur ki, İranla Sibir arasındakı məsafə təxminən 5 700 km-dir ki, bu da ICBM üçün qəbul edilən 5 500 km həddini aşır. İranla ABŞ arasındakı məsafə isə təxminən 10 min km təşkil edir.

Paylaşılan videoda isə daha əvvəl sınaqdan keçirilən “Sejjil” orta mənzilli ballistik raketinə bənzər görüntülərin əks olunduğu iddia edilir.

Musavat.com

Bizə qoşulun