Medianews.az
"Tərəqqi" liseyində şəhid Elçin Kərimbəylinin xatirəsi anılıb
75 baxış

"Tərəqqi" liseyində şəhid Elçin Kərimbəylinin xatirəsi anılıb

Şəhid Elçin Kərimbəylinin xatirəsi onun bir zamanlar təhsil aldığı "Tərəqqi" Texniki Humanitar Liseyində anılıb.

Medianews.az xəbər verir ki, tədbirdə Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müəllim və şagird heyəti təhsil ocağındakı xatirə guşəsi önünə çiçəklər düzüb.

Elçin Kərimbəyli 1992-ci il avqustun 4-də Bakıda anadan olub.

1998-2007-ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texniki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyində təhsil alıb.

Elçin Kərimbəyli 2011-ci il aprelin 20-də döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Medianews.az

Bizə qoşulun