“Qadınlar özlərinə “arvad” deyə müraciət olunmasını doğru hesab etmirlər. Qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq”.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, “arvad” sözü ilə bağlı qanunvericiliyə, gələcəkdə isə Konstitusiyaya dəyişiklik edilməsi məqsədəuyğun olar:
“Ola bilsin, nə zamansa bu qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar”.