Rus həkimləri səhər yeməyinin vacibliyini izah ediblər.
Medianews.az xəbər verir ki, əvvəla, onlar səhər yeməyinin bütün gün üçün enerji verdiyini qeyd ediblər.
Həkimlər vurğulayıblar ki, bu, zehni və fiziki fəaliyyətə təkan verir. Onsuz yorğunluq daha tez özünü göstərir və bu da şirniyyata olan istəyi artırır.
Mütəxəssislər əlavə ediblər ki, sağlam səhər yeməyi maddələr mübadiləsini sürətləndirməyə, ürək-damar xəstəlikləri riskini azaltmağa, yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, günün ilk yeməyini buraxmamaq həddindən artıq yemək riskini azaldır və şirniyyata olan istəyi azaldır.
Səhərlər yemək bişirməyə çox vaxt sərf etmək istəməyənlər üçün həkimlər bir neçə sağlam və sadə səhər yeməyi tövsiyə ediblər. Xüsusilə, onlar smuzi, meyvəli yumurta və ya avokadolu tam taxıl tostu tövsiyə ediblər.
Medianews.az