Medianews.az
“Şəbnəm, utan, öl yerə gir, Zaurun qabağında nə əskik işin var?”
74 baxış

“Şəbnəm, utan, öl yerə gir, Zaurun qabağında nə əskik işin var?”

Müğənni Afət Fərmanqızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub.

Medianews.az  xəbər verir ki, sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib.

Afət Şəbnəm Tovuzlu aparıcı Zaura bahalı "iPhone" hədiyyə göndərdiyini deyib və bu addımı kəskin tənqid edib: "Şəbnəm, utan öl, yerə gir. Onun qabağında nə əskik işin var, hədiyyə göndərirsən? Birinə də nəsə verməmişəm".

Onun sözlərinə görə, belə hədiyyələrə ehtiyac yoxdur və həmin telefonun qazilərə və ya onların övladlarına verilməsi daha doğru olardı. İfaçı həmçinin bildirib ki, bəzi insanlara hədiyyə göndərilməsinin səbəbini anlamır və heç kimdən çəkinmədiyini vurğulayıb.

Müğənni açıqlamasında maddi durumuna da toxunaraq, hazırda toy proqramları və işləri ilə məşğul olduğunu, Moskvada artıq 5-ci evi aldığını və yeni "qalik"inin də yolda olduğunu qeyd edib. O əlavə edib ki, özü heç vaxt sözügedən aparıcıya pul və ya hədiyyə göndərməyib, əksinə, onlardan qonorar tələb etdiyini deyib.

Afət Fərmanqızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun