Medianews.az
Saz kursunda iyrənc hadisə:
227 baxış

Saz kursunda iyrənc hadisə: Müttəhimə 159 il həbs cəzası verildi

Saz kursu keçirən S.G. uşaqlara qarşı cinsi istismarda və əxlaq zidd hərəkətlərdə ittiham edilib.

Medianews.az SonDakika.com-a istinadən xəbər ki, hadisə Türkiyənin Mersin bölgəsində baş verib.

5 uşağa qarşı “cinsi istismar”dan 147 il, 2 uşağa qarşı “əxlaq zidd hərəkətlər”dən isə 12 il 6 ay olmaqla, ümumilikdə 159 il 6 ay həbs cəzasına məhkum edilib.

Məhkəmədə müttəhim, zərərçəkmiş ailələr, Ailə və Sosial Xidmətlər Nazirliyi, Mersin Barosu Uşaq Hüquqları Mərkəzi və vəkillər iştirak edib.

Təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, məhkəmə cəzanın qüvvədə qalmasına qərar verib və müttəhimin həbsini davam etdirib.

S.G. saz dərsi zamanı 2015-ci il təvəllüdlü bir uşağa qarşı cinsi istismarda bulunması ilə bağlı şikayət əsasında həbs olunub. Telefonunda edilən ekspertizalarda digər uşaqlara aid fotoşəkillər aşkar edilib.

Mersinin icra hakimiyyəti orqanı - valilik S.G-nin musiqi alətləri satdığı iş yerinin lisenziyasız kurs kimi fəaliyyət göstərdiyinə görə möhürləndiyini bildirib.

Medianews.az

Bizə qoşulun