Medianews.az
Medvedev Ermənistanı hədələdi
134 baxış

Medvedev Ermənistanı hədələdi

"Rusiya ilə mövcud əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq".

Bu fikri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə vasitəsi kimi yanaşır və siyasi müstəvinin Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizlənməsində maraqlıdır.

"Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün doğuracağı qaçılmaz ağır nəticələr Avropa İttifaqı ölkələrini qətiyyən maraqlandırmır", - deyə Medvedev vurğulayıb.

Bizə qoşulun