Medianews.az
Saat 08:00-da pilatesə gedənlər günə enerjili başlayır
46 baxış

Saat 08:00-da pilatesə gedənlər günə enerjili başlayır

Son dövrlərdə səhər pilates məşqlərinə qatılanların sayı artıb.

Medianews.az bildirir ki, səhər pilatesi maddələr mübadiləsini sürətləndirir, bədəni oyadır və gün ərzində daha enerjili olmağa kömək edir. Bundan əlavə, erkən saatlarda edilən məşq stres səviyyəsini azaldır və diqqət toplama qabiliyyətini artırır.

İştirakçılar isə bildirirlər ki, günə idmanla başlamaq həm fiziki, həm də psixoloji olaraq motivasiya verir. Xüsusilə ofis mühitində çalışanlar üçün pilates bel və boyun ağrılarının azalmasına müsbət təsir göstərir.

Bizə qoşulun