Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü davam etdirilir.
Medianews.az Axar.az-a istinadən xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınıb.
Belə ki, 4500 ton dizel yanacağı bu ölkəyə göndərilib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.