Medianews.az
Rusiyalı fenomeni sel apardı - Cəsədi borudan tapıldı
128 baxış

Rusiyalı fenomeni sel apardı - Cəsədi borudan tapıldı

Rusiyalı sosial media fenomeni Bali adasında güclü daşqınlar zamanı ölüb.

Medianews.az Azxeber.com-a xəbər verir ki, otuz yaşlı Kseniya İndoneziyanın Şimali Kuta rayonundakı körpünün altında huşsuz vəziyyətdə tapılıb.

Polisin məlumatına görə, qadın motosiklet sürərkən su basmış ərazini keçməyə çalışıb, lakin sel onu yıxıb və boruya sürükləyib. Kseniyanın cəsədi bir neçə saat sonra, daşqın suları azaldıqdan sonra tapılıb.

Ailəsi bir neçə ildir qış aylarını İndoneziyada keçirən və daşqın səbəbilə vəfat edən Kseniyanın nəşini Rusiyaya gətirmək üçün çalışır.

Bizə qoşulun