Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində bir qadın Əbədi Məşəli söndürüb.
Medianews.az xəbər verir ki, görüntülər Ural Mash Telegram kanalı tərəfindən yayımlanıb.
Görüntülərdə naməlum bir qadın qarla örtülü cığırdan çıxaraq qar yığınından keçərək abidəyə doğru gedir.
Kanal qeyd edir ki, qadın həbs cəzası ilə üzləşə bilər. Onun şəxsiyyəti müəyyən edilir.
Medianews.az