Rusiya sülh planından imtina edərsə, bu, ABŞ prezidenti Donald Tramp üçün sınaq olacaq.
Medianews.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumatda bildirilir ki, Tramp bu gün Floridada Ukrayna prezidenti Volodimir Zelenski ilə müharibəyə son qoymaq üçün 20 maddəlik planı müzakirə edəcək.
ABŞ lideri artıq açıq şəkildə bildirib ki, onun razılığı olmadan heç bir saziş olmayacaq.
Moskva isə hələ də kompromislərə hazır olmadığını nümayiş etdirir və öz tələblərindən geri çəkilmir. Ona görə də vəziyyətin dəyişəcəyinə ümid azdır.
Analitiklər hesab edir ki, Putin üçün hazırkı vəziyyət sərfəlidir, Qərbin birliyinin zəifləməsi və Vaşinqtonla münasibətlərin istiləşməsi onu təcili güzəştə getməyə vadar etmir.