Rusiya hərbi mütəxəssisləri Mərkəzi Afrika Respublikası (MAR) ordusu ilə birlikdə iki bazanı məhv ediblər.
Medianews.az Publika.az-a istinadən bu barədə məlumat verir.
Çad və Sudanla sərhəd yaxınlığında toqquşmalar baş verib. Silahlılar 28 dekabr seçkilərindən əvvəl ölkədəki sabitliyi pozmaq üçün Mərkəzi Afrika Respublikasına gəliblər. Onların bazaları patrul zamanı aşkar edilib və döyüşlər başlayıb. Terrorçuların bəziləri öldürülüb, qalanları isə sərhədi keçərək geri çəkilib.
Əməliyyat hazırda davam edir, əraziyə MAR Silahlı Qüvvələrindən əlavə qüvvələr yerləşdirilib və qonşu ölkələrə silahlıların fəaliyyəti barədə xəbərdarlıq edilib.