Medianews.az
Rusiya dronları bu ölkədən idarə olunur –
76 baxış

Rusiya dronları bu ölkədən idarə olunur – Ukrayna kəşfiyyatı danışdı

Rusiya Belarus ərazisindən istifadə edərək Ukraynaya qarşı dron hücumu təşkil edir.

Medianews.az Globslinfo.az-a xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Moskva bu yolla Ukraynanın hava hücumundan müdafiə və ələkeçirmə sistemlərindən yayınmağa çalışır.
Zelenski Ukrayna kəşfiyyatına istinadən bildirib ki, Belarusun sərhədyanı yaşayış məntəqələrində adi beşmərtəbəli yaşayış binalarının damlarında antenlər və digər xüsusi avadanlıqlar yerləşdirilib. Həmin qurğular Rusiyaya məxsus “Şahed” tipli dronların Ukraynanın qərb bölgələrindəki hədəflərə yönləndirilməsi və idarə olunması üçün istifadə edilir.

O bildirib ki, Ukrayna bu faktlarla bağlı beynəlxalq tərəfdaşlarını məlumatlandıracaq və birgə cavab tədbirlərinin hazırlanması istiqamətində addımlar atacaq.

Bizə qoşulun