Medianews.az
“Rəşid onun babası yaşındadır, ay Elza, ağzını tikim nə deməkdir?”-qalmaqal BÖYÜYÜR
957 baxış

“Rəşid onun babası yaşındadır, ay Elza, ağzını tikim nə deməkdir?”-qalmaqal BÖYÜYÜR +ÖZƏL+FOTO

“Rəşid doktor mənim dostumdur. O da mənim kimi düz danışandır. Məndən də yaşca böyükdür. Böyük də hörmətim var o kişiyə. Rəşid doktor gərək bu sahəyə toxunmazdı. Şou-biznes axı onluq deyil. Mən bilirəm də bu sahədə nə var, nə yox? Rəşid doktor Elza haqda deyib ki, onda dəlilik əlamətləri var. Xeyr, belə deyil. Elza əməlli-başlı insandır. Mən bilirəm ki, Elza kimdir, kimin yetişdirməsidir. Elza inanmıram ki, onu məhkəməyə versin. Çünki o böyüklərə həmişə rəhmət edib. Rəşid onun babası yaşındadır”

Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

O əksər hallarda şeirlərinə görə Elza Seyidcahanı tənqid etdiyini bildirib:

“Elza Seyidcahan çətin bir həyat sürüb. Anasını, bacılarını arxasınca dartıb. Dəli adam bunları edə bilər? Elza Seyidcahan kişi kimi adamdır. Restoranın bu zalından girib, o zalından çıxır. Əziyyətlə pul qazanır. Bəziləri kimi adamı yoxdur. Hər adama sənətkar demək olmaz. Elza gözəl bəstəkar və pianoçudur. Amma o qədər onun beynində musiqilər oynayır ki, xəyallarla yaşayır. Bir gün onu görüb dedim ki, “ay qız, ağzını tikim nə deməkdir?”. Ağını çıxartma da. 2-3 dəfə dedin bəsdir də. Deyirəm ki, fikirləşmirsən bunu? Deyir ki, “yaxşı da ay Əli müəllim”. Elza şeirlərində dərinə gedir. Sən Mirzə Ələkbər Sabir deyilsən axı! O satirik şair idi. Bütün dünya onu qəbul etmişdi! Mən də əvvəlcə onu sərt tənqid edirdim, sonra dostlaşdıq”.

Qeyd edək ki, Tibb elmləri namizədi Rəşid Mahmudov Əməkdar artist Elza Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb:

"Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır".

Medianews.az

Bizə qoşulun