Medianews.az
Reinteqrasiya nədir və niyə vacibdir?
115 baxış

Reinteqrasiya nədir və niyə vacibdir?

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Medianews.az bildirir ki, 2025-ci il ərzində 176 uşaq bioloji ailələrinə reinteqrasiya edilib, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib.

Reinteqrasiya uşağın müxtəlif səbəblərdən ayrıldığı ailəsinə yenidən qaytarılması və onun təhlükəsiz ailə mühitində böyüməsinin təmin olunması deməkdir. Bu proses zamanı ailənin sosial vəziyyəti, uşağın təhlükəsizliyi və psixoloji durumu diqqətlə qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, uşağın ailə mühitində böyüməsi onun psixoloji inkişafı, sosial bacarıqlarının formalaşması və gələcək həyatında sağlam münasibətlər qurması baxımından mühüm əhəmiyyət daşıyır.

Onların fikrincə, institusional qayğı son variant kimi nəzərdən keçirilməli, mümkün olduqda uşaqların ailələrinə qaytarılması və ya ailə tipli xidmətlərə yönləndirilməsi təmin edilməlidir.

Reinteqrasiya prosesi yalnız uşağın ailəyə qaytarılması ilə yekunlaşmır. Ailələrə sosial, psixoloji və maddi dəstəyin göstərilməsi, uşağın vəziyyətinin mütəmadi izlənilməsi də vacib amillər sırasındadır.

Bizə qoşulun