Medianews.az
"Real Madrid" və "Barselona" klublarında oynamış
84 baxış

"Real Madrid" və "Barselona" klublarında oynamış sabiq futbolçu vəfat etdi

"Real Madrid" və "Barselona" klublarında çıxış etmiş sabiq futbolçu vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubların rəsmi saytlarında məlumat paylaşılıb.

Bildirilib ki, "Real Madrid", "Barselona" və Fransa millisinin mərkəz yarımmüdafiəçisi Lüsyen Müller 91 yaşında dünyasını dəyişib.

O, 1962-ci ildən 1965-ci ilə qədər üç mövsüm ərzində "Real Madrid"də 92 oyun keçirib və üç dəfə La Liqa çempionu olub.

1965-ci ildə "Real Madrid"dən "Barselona"ya transfer olub. "Barselona"da 125 dəfə meydana çıxıb, "Fairs Cup" və "Copa del Rey" mükafatlarını qazanıb.

On il sonra o, 1978/79 mövsümündə əsas komandanın məşqçisi kimi "Barselona"ya qayıdıb.

Real Madrid və Barselona klublarında oynamış sabiq futbolçu vəfat etdi

Bizə qoşulun