Eks-deputat Etibar Hüseynov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızı rayonunun Qızılqazma kəndində yerləşən villasını çəkib.
Musavat.com xəbər verir ki, E.Hüseynov villanın kəndin girişində olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, villa 2 mərtəbədən və köməkçi binadan ibarətdir. Bildirib ki, şahidlərin sözlərinə əsasən, Ramiz Mehdiyev Xızıdakı bağına adətən helikopterlə gəlirmiş.
Etibar Hüseynovun qeydə aldığı görüntüləri təqdim edirik.