Medianews.az
Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək
89 baxış

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək

Slovakiya Baş naziri Robert Fitso Avropa ölkələri ona uçuş icazəsi vermədikdən sonra Qələbə Günü münasibətilə Moskvaya avtomobillə getməyi düşünür.
 
“Fitsonun Moskvaya avtomobillə səfəri ciddi şəkildə nəzərdən keçirilir, çox güman ki, mümkündür. Slovakiya Baş naziri alternativ uçuş marşrutu tapa bilsə, vəziyyət dəyişə bilər, amma Avropa Birliyi liderləri belə bir səfərə həvəsli deyillər”, - mənbə bildirib.
Qeyd olunub ki, bu durumda Bratislavanın Fitsonun keçəcəyi ölkələrdən heç bir icazə istəməsinə ehtiyac qalmayacaq.

Latviya, Litva, Estoniya və Polşa Slovakiya Baş nazirinə öz hava məkanlarından Rusiyaya uçuş icazəsi verməyib.Teleqraf.az

Bizə qoşulun