Medianews.az
Alimlər xərçəngə yol açan yeni gizli faktoru üzə çıxardılar
84 baxış

Alimlər xərçəngə yol açan yeni gizli faktoru üzə çıxardılar

Orqanizmdə ürək, böyrək və maddələr mübadiləsinin eyni vaxtda pozulması xərçəngə yol açan əsas amillərdən birinə çevrilə bilər. Alimlər aşkar ediblər ki, daxili sistemlərin zəncirvari şəkildə sıradan çıxması bədxassəli şişlərin yaranma ehtimalını kəskin artırır.

Demokrat.az xəbər verir ki, bu barədə "Circulation: Population Health and Outcomes" jurnalında dərc olunan araşdırmada bildirilir.

Həkimlər kardiorenal-metabolik sindromun (CKM) insan sağlamlığı üçün yaratdığı təhlükələri təhlil ediblər. Bu sindrom özündə yüksək təzyiq, şəkərli diabet, artıq çəki, xolesterin problemi və böyrək çatışmazlığını birləşdirir. Təxminən 1,4 milyon insanın məlumatlarını araşdıran tədqiqatçılar müəyyən ediblər ki, bu pozuntular dərinləşdikcə xərçəng riski 25-30 faiz çoxalır.

Məlum olub ki, ürək və böyrək funksiyalarının zəifləməsi metabolik problemlərlə birləşdikdə orqanizmdə xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaranır. Alimlərin fikrincə, iltihab prosesləri və damar dəyişiklikləri həm ürək-damar xəstəlikləri, həm də onkoloji xəstəliklər üçün ortaq risk faktorlarıdır. Buna görə də çəkiyə nəzarət etmək və qan təzyiqini tənzimləmək eyni anda bir neçə ağır xəstəlikdən qorunmağın ən effektiv yoludur.

Yəni, əgər bir insanın həm təzyiqi yüksəkdirsə, həm də böyrəklərində və çəkisində problemlər varsa, bu, təkcə ürək tutması deyil, həm də xərçəng riskini ciddi şəkildə artırır.

Bizə qoşulun