Medianews.az
Qızdırması olan uşaqlara bunları
69 baxış

Qızdırması olan uşaqlara bunları QƏTİ ETMƏYİN

Son günlər ölkə üzrə uşaqlar arasında yüksək qızdırma, ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunan yoluxucu xəstəlik halları artıb. Uşaqların bir çoxunda həm tənəffüs, həm də mədə-bağırsaq şikayəti əlamətləri müşahidə olunur və bu, əksər hallarda mövsümi respirator virus infeksiyaları ilə bağlıdır.

“Yeni Sabah” xəbər verir ki, əlamətlər arasında 40°C ə qədər yüksələn qızdırma, bədən ağrısı, halsızlıq və iştahasızlıq yer alır, bəzi uşaqlarda pnevmoniya kimi ağırlaşmalar da qeydə alınıb. 

Valideynlər bəzən xəstəliyin gedişində dərman istifadəsi əvəzinə və ya onunla bərabər ənənəvi türkəçarə üsullarına müraciət edirlər. Bunlara sirkə ilə bədəni silmək, banka qoymaq, spirtlə masaj etmək kimi tətbiqlər daxildir.

Lakin pediatrların fikrincə, bu cür metodların effektivliyi elmi olaraq sübut olunmayıb və bəzi hallarda uşaq üçün təhlükəli ola bilər. Məsələn, sirkə və spirtlə bədənə sürtmək dəridə qıcıqlanma, yandırma və toksik reaksiyalara səbəb ola bilər; pediatrlıq mənbələrində də bu cür tətbiqlərin uşaq üçün məsləhət görülmədiyi vurğulanır.

Pediatrlar da bu cür yanlış yanaşmalardan xəbərdardırlar. Onlar bildirir ki, sirkə və digər xalq təbabəti üsullarının qızdırmanı azaltmaq üçün heç bir etibarlı elmi təsdiqi yoxdur və dəridə istifadə edildikdə, xüsusilə konsentrə sirkə və ya spirt dəridə ağır qıcıqlanma yarada bilər. Bunun əvəzinə uşaqda səmərəli və təhlükəsiz tədbirlər kimi:

otağın temperaturunu 21 22°C səviyyəsində saxlamaq,

uşaqı nazik və rahat geyindirmək,

ilıq (soyuq deyil) su ilə silmək,

bol maye qəbulunu təmin etmək,

lazım gəldikdə pediatr tərəfindən təyin olunmuş qızdırma salan dərmanlardan istifadə etmək tövsiyə edilir.

Həkimlər valideynləri xəbərdarlıq edirlər ki, heç bir xalq təbabəti metodu uşaq xəstəliyini müalicə etmir. Xüsusilə qızdırma 3 gündən artıq davam edərsə, uşaq nəfəs çətinliyi çəkirsə, dərhal pediatrla əlaqə saxlamaq vacibdir.

Bizə qoşulun